Nəsə, sözüm onda deyildi, adamın ürəyi gərək təmiz olsun. Orfoqrafiyanı bilməməklə dünya dağılmır. Odur e, Larry Page və Sergey Brin 10^100-ə bərabər sayı bildirən Googol sözünü düz yaza bilmədiklərindən məşhur internet axtarış sisteminin adı Google olub. 9 yaşlı uşağın kəşf elədiyi bu rəqəmi iki yekə kişi doğru hərfləyə bilməyib. Say demişkən, vallah savadsız bilməyin, amma mən bizim hesab sistemində trilyard sayının olmadığını bilmirdim. Heç lüğətdə də yoxdur. İndi Azərbaycan dilində doğru yazılışının necə olduğunu bildirmək üçün milyondan yuxarı sayların yazılışını vermək istəyirəm. Həm də maraqlıdır, bəlkə lazımımız da oldu: pullarımızı hesablamaq üçün. Yəni Google yaradıcıları qədər də olmayacağıq?!
Böyük ədədlərin adlandırılması tarixi XV əsr İtaliyasına gedib çıxır – orada “million” (böyük min) sözünü minin kvadratı mənasında işlətməyə başladılar. Bimillion milyonun, trimillion milyonun kubu oldu. Daha sonralar latın saylarına -illion artıtmaqla, bimillionu billion, trimillionu trillion etdilər.
Bu sistemdə milyonla bilyon arasındakı 10^9 sayı sadəcə min milyon idi və 1549-cu ildə Fransız alimi Jak Peletye aralıq saylarının həmin latın prefiksləri və -illiard sonluğu ilə düzəldilməsini təklif etdi. Beləcə, 10^9 milyard, 10^15 bilyard, 10^21 trilyard oldu. Amma bütün Avropada işlədilən bu sistemdə tezliklə bir problem tapıldı: 10^9-u bəzi alimlər “milyard” yox, bilyon adlandırmağa başladılar. “Bilyon” sözü həm “milyard”ın (10^9), həm də “milyon milyon”un (10^18) sinoniminə çevrildi.
Bu çaşqınlıqdan təngə gələn amerikanlar öz sistemlərini yaratdılar və avropalıların saylarındakı latın prefikslərinə artırılmış -illion-larla minliklərin dərəcəsini bildirməyə başladılar. (1000^3 = 10^9) «bilyon», 1000^4 (10^12) — «trilyon», 1000^5 (10^15) — «kvadrilyon» və s. Köhnə sistem yalnəz Böyük Britaniyada işlədildiyindən adı “Britaniya sistemi” qaldı. Lakin 1970-ci ildən Böyük Britaniya da rəsmi olaraq “Amerika sistemi”nə keçdi. Buna görə də hazırda köhnə sistemi “uzun şkala”, amerikan sistemini isə “qısa şkala” adlandırırlar.
Qısa şkaladan hazırda ABŞ, Böyük Britaniya, Kanada, İrlandiya, Avstraliya, Braziliya və Puerto-Rikoda istifadə olunur. Rusiya, Danimarka, Türkiyə və Bolqarıstan da yalnız bir istisna ilə - “bilyon” əvəzinə 10^9-a milyard deməklə bu şkalanı işlədirlər. Bizdə də Rusiyadakı kimi qısa şkaladan məişət və maliyyə hesabatlarında, uzun şkaladan isə astronomiya və fizikaya aid elmi kitablarda istifadə olunur.Milyonluqlarla bağlı daha bir maraqlı fakt: 1938-ci ildə Amerika riyaziyyatçısı Eduard Kasnerin bacısı oğlu 9 yaşlı Milton Sirotta təkcə Quqolu deyil, həm də ən böyük say olan, 1-in arxasında quqol qədər sıfırla ifadə edilən quqolpleks sayını da kəşf edib. Daha doğrusu, uşağın ağzından çıxan bu sözləri dayısı riyaziyyata gətirib. Deyirlər ki, hətta milyon ilə də quqolpleksi yazıb qurtarmaq olmaz.
Sentilyondan sonrakı adlar daha maraqlıdır: onlar latın saylarının sona artırılması ilə düzəlir.
Rəqəmlərə elə aludə oldum ki, yazımı bitirmək üçün poetik bir cümlə tapa da bilmirəm. Bir də, hər şey dəqiq olan yerdə bəzəməyə nə lüzum?
7 комментариев:
Əvvəla ilk şərh olmalı olduğu kimi məndən :)
Üstəlik də ki Aygün mənə deyir öyrətməyi sevirsən. Al sənə Afət müəllimdən dərslər;) Riyaziyat olimpiadasında olmuş adamam bu yazıdakı bilgilərin çoxunu ilk dəfə gördüm. Çox sağ ol Afət.
Bu arada 6 sıfırlıdan o tərəfə olan ədədlərin öz dilimizdə olmaması üzücü məqamdı...
İndi də 0,0....0001`ləri ifadə eləməyi öyrənirik. Onu da qərbdən :( Nano texnologiya da bizə yaddı...
Imkan ver, yazini axira qeder yukleyim de :)
Di, hı, bu da imkan :))
Bu quqolun adı hər gələndə yadıma qoqlu-moqlu düşür. Düzü hələ də fiziki olaraq qarşılaşmamışam. Ancaq rəhmətlik Nəsibə Zeynalovanın `Qaynana`da qarışdırdığı qoqlu-moqlunu seyr etməkdən ibarətdi bu təamla bağlı təcrübələrim. Qoqlu-moqlu haradan yadıma düşür onu da deyim. Deyirəm o Miltona biri qoqlu-moqlu hazırlayanda deyib ki `ay nənə bunu sən quqol dəfə qarışdırırsan e` :)
Ondan sonra 10u üzərində filan qədər rəqəmin adı qalıb quqol... :)
Mən deyirəm də Afət, sən mütləq bir vaxt Orfoqrafiya lüğəti yazassan. Özü də "idarələnmə" sözü də olacaq orada. Mən də bir iki söz əlavə etsəm olar? :)
Heyif, cədvəli yerləşdirə bilmirəm, ona görə şəkil kimi qoydum (Rüstəm sağ olsun). Amma hərflər çox xırda düşür. Neynək, mən bloq işlətməyi öyrənənə qədər siz əziyyət çəkəcəksiniz :)
Şikildəki cədvəli detallı bir biçimdə görmək istəyənlər üstənə bir dınqıldatsın, o möcüzəvi olmayan bir formada böyüyəcək gözlərinizin önündə :))
Blog işlətməyi öyrənəndə demə e, bu bəzilərinin çox sevdiyi ;) Google blogger`ini adam vidinə salandan sonra denən. Bura cədvəl yerləşdirmək üçün HTMLinə müdaxilə eləməlisən. Ona da ki hələ çox var... :)
Ela!
Dogurdan chox gozlemediyim ve hech vaxt yazmaq aglima gelmeyesi yazidir...
Chox da maraqli oldu...zilion-u ise ilk defe eshidirdim umumiyyetle...
Chox sag ol, Rustem. :) Men shadam ki, sen cedveli oxumadan shekile chevirmishdin, yazini ise burda - umumi oxudun.
Отправить комментарий