четверг, 10 апреля 2008 г.

Royal bank, Kral sosiskaları, Madam Roşa...

Heç bir-biri ilə əlaqəsi olmayan “marka”lardır, deyilmi? İlk baxışda bunları birləşdirən bircə şey var, o da hamısının dilimizdə (anla: mentalitetimizdə) olmamasıdır. Azərbaycanda tarix boyu nə rey olub, nə də onun bizim dilə çevrilmiş kral tərcüməsinin titulunu daşıyan vəzifə. Madam Roşa da ki, rəhmətlik publisistimiz, müəllimim Famil Mehdi demişkən, adından göründüyü kimi. Amma məsələ ondadır ki, bu adları birləşdirən digər bir nəsnə də var – üçü də xalis Azərbaycan markasıdır. Bəs nəyə görə bu xalqın övladları səxavətinin şahidi olmadığı rey-in şərəfinə bank açır, adı kimi dadı var deyib istehsal etdiyi sosiskaları Kral çağırır, tərbiyə və mentalitetinin Azərbaycana gəlməsinə çəp baxdığı Madam Roşanın adını isə gözəllik salonuna verir? Niyə bizdə belə bir fikir yaranıb ki, ad xarici olsa, ona hörmət edən də çox olacaq? Bəlkə Kral ona görə hörmətlidir ki, XV Lüdoviqin sarayının yanında Şirvanşahlar və ya Şəki xan sarayı tövləyə oxşayır? Nə isə, ad məsələsinə yəqin ki hələ çox qayıdacağam...

Hələliksə, AdAY-ı təqdim etmək istəyirəm. İstəyirsiniz advertising-lə bağlayın, arxasındakı AY-nı da mənim inisiallarım kimi anlayın, istəyirsinizsə də elə bütöv “aday” kimi tanıyın və PR-çı, reklamçı adına adaylıq ərizəmi qəbul edin. Oxşar şəkilçidəndir Saday, Çapay, Qaçay adları. Amma indi bu adlar Azərbaycan dilində qalsa da aday işlənmir, əvəzində yepyekə bir namizəd var - nam sözü dilimizdə hərlənməyə-hərlənməyə.

Dilimizdə çox sözlər hərlənmir, amma hər addımbaşı bizə sırınır, televiziya və radio verilişlərindən, reklamlardan, qəzet və jurnallardan. Həmin sözləri bilənlər sayılır savadlı, biz – dilin daşıyıcısı olan adi, sadə kənd camaatı isə savadsız. Mən dilimiz deyəndə bizim hər birimizin söz ehtiyatını deyil, Azərbaycan dilinin lüğət tərkibini nəzərdə tuturam. Bunlara toxunmaq istəyəcəyəm AdAY-da, həm həm adlara, həm addımlara, həm də adamlara. Çox yazıb baş-gözünüzü ağrıtmayacağam. Səbirsizliklə də şərhlərinizi gözləyəcəm. Lap elə bu yazıdan.

16 комментариев:

Aygün İslamzadə комментирует...

Shukur..
Afet xanim, sheytanin qichini qirdi.. Eladir Afet, eline sagliq.
Xarici adlarin istifadesine geldikde ise, haqli olaraq dushunurler ki, ad yerli olmayanda daha chox satish olur. Amma bu mehsulun her cuhune shamil edile bilmez. Men inaniram ki, Xan sosiskalari ve ya Kral sosiskalari adlandirilmasinin metlebe dexli olmayacaqdi. Amma Royal Bank mence ugurlu sechimdir, bir qeder ferqlenmek isteyidir. Elece de Madam Roshe her halda hansisa brende ozunu oxshatmaq hevesi ile qoyulub, bu da mence ugurlu addimdir. Aysel, Leyla, Vefa, Govher, Xanim, Xatun ve s. salonlarimiz N saydadir.
Demek istediyim odur ki, mence ecnebi ve qeyri ecnebi olmagi ad sechiminde ilk amil olmali deyil.
Ehsen bir daha..

Afulya76 комментирует...

Aygun, chox sag ol. Ferqlenmek isteyi hamida var. Xaricilerin ozlerinde de. Ve yeqin ki, onlarda Royal Bankin tarixi krallarin dovrune aid vaxtlara direnir.
Mene maraqli olan ise senin "ad yerli olmayanda daha chox satish olur" fikrindir. Ona gore ki, Azerbaycan realliginda bu fikrin esasi mene maraqlidir. Niye bize xarici her shey romantik ve etibarli gorunur? Yeni o qeder qabiliyyetsiz ve bacariqsiziq ki, ozumuzun neyese qadir oldugumuza inanmiriq? Ushaqliqdan tanidigim bir qonshumuz var, bir turk ustanin yaninda berberlik oyrenib, indi ozu salon ishledir. Turkce danishir ve ozune Kemal bey dedirtdirir. Hami da ele bilir ki, turkdur. Deyir, bilseler ki, azerbaycanliyam, yanima gelmezler. Bele veziyyetde de etiraf edek ki, xarici adla milli marka yaratmaq olmayacaq.

Vüsal Qəmbərov комментирует...

Bismillah...

Şükr, tebrik ve ela...

Açığı ilk yazını dörd cebheden hücumlarımın neticesi olaraq görürem. Ve mesudam :) Adayın menasını öyrendik o da super...
Afetden heqiqeten gözel yazılar gözlüyürem.
İmtahanda olduğumçün ilk şerhi yazammadım. Olsun...

Mövzu ise süperötesi. Dilimizin qeydine qalan biri kimi tanınan Afetden imici uyğun bir mövzu. Ve en önemlisi ürek ağrısıdı bu mesele... İnşallah hele yazacaymış bu barede. Görek de belke birilerini oyanıb sehvini düzeltdi...

Uğurlar...

Afulya76 комментирует...

Vusal, chox sag ol xosh sozlerine gore. Onsuz da yeri yoxdur. Bilirsen ki, pisleseydin deyecekdim, gunah sizdedir, meni telesdirdiz :)

Orxan Cuvarlı комментирует...

Mən də çox sevindim Adayın dünyaya göz açmasına :)
Yeni yazılarınızı gözləyirik!

O ki, qaldı adların xarici dildə olmasına.
Bildiyiniz kimi bizim bir xəstəliyimiz, zəifliyimiz var. Xarici dildə danışmaq zəifliyi. DƏvvəl özümüzü göstərmək üçün xarici dildə danışırıq, sonra isə o qədər içinə giririk ki, geri, öz dilimzə qayıda bilmirik. Bir müddət sonra isə öz dilimizə yuxarıdan aşağı baxırıq. İstərdim cümlələri keçmiş zamanda yazam, amma təəssüf ki, bu xəstəlik hələ də xalqın canındadı. Amma inanıram ki, bir azdan hər şey dəyişəcək. Artıq öz dilimizdə olan bir çox uğurlu ad var: Sevimli Dad, Almalı, Paşa və s.

nur_aleyna комментирует...

E`la bir yazı..
Aygün xanım olsun,Siz olun Azerbaycan dilinde bele gözel yazmanıza (danışmanıza) heyranam.Uzun zamandır Tr-de yaşamağım,Bakıda yaşadığım zamanlarda bele sadece ingilis ve türk edebiyyatı oxumağım,azerbaycan dilinde ne bir qazet ve ya kitab,ne de bir Tv.proqramı görmek istememeyim ucbatından azerbaycan türkçesiyle danışmaqda zorlanıram.amma yene de blogumda sehv de olsa,yarım-yamalaq da olsa Az.türkçesiyle yazmaqda direnirem :)
Qısacası,blogunuzu her zaman izleyeceyem.. Azerbaycan dilinde oxumağa deyer bir şeyler görmek gözeldir.
Uğurlar size.
EsmaNur

Rüstəm Məmmədov комментирует...

Dil haqqinda fikirlerim qalsin gelen sefere. Onsuz da deyilesi ne varsa Afet ve sherh yazanlar deyib...

Afetin blog achmasi meselesinde en chox sevinenlerden biri de menem, bunu hamidan yaxshi Afet bilir. Afet de uchuncu ozunemexsus gozel uslubu olan blogchumuz oldu...

Ela!!! Afet ilk yazin da gozeldi. Muzakireye achiq chox shey var. Ama, dediyim kimi qalsin gelen sefere...

Milletin neyise xarab olub Afet, onu duzeltmemish ne dil duzeler, ne de bashqa shey...

Hormetle,

Afulya76 комментирует...

Orxan, Esma xanim, Rustem, siz sag olun. Orxan, menim chox xoshladigim bir marka da var: Saf. Adi da, keyfiyyeti de gozeldir. Amma bele adlar azdir, ozunuz de gorursuz ki, barmaqla sayilir.

Esma xanim, inshaAllah, inaminizi dogrultmaga chalisharam.

Rustem, lap mashin ustasi kimi danishdin :) Belke eylec sistemi, ya da suret kechiricisi :) xarab olub.

rsh комментирует...

Təbrik edirəm maraqlıydı yazınız.

Məncə tələbat vardı bu xarici adlara. Amma bunu çox fikir vermək lazım deyil məncə.

Royal bankın idarə heyəti iran mənşəlidir ona görə düşünürəm ki, burda millilik axtarmağa dəyməz. Zənnimcə uğurlu seçimdir.

KRAL isə eşitdiyimə görə 4 nəfərin adının baş hərfləridir. Necə ki, ABU, AzEVRO, EMBAWOOD ;)

Madam Roşa haqda isə heç bir fikrim yoxdur :)

---

"ad yerli olmayanda daha chox satish olur" - mən bununla razıyam.
Özüm getdiyim bərbərdə də türk salonu yazılıbdır adı da türkçədir, amma ustam bizim vətəndaşdır ancaq "türk"ə oxşayır :P

rsh комментирует...

hmm yuxarıdakı yazı mənə aiddir amma nədənsə error yazıbdır :/

Afulya76 комментирует...

Makla :) chox sag ol :) men de ele bildim nese error dushub :)
Mene mehz ele bu fikir maraqlidir ki, tekce bizde beledir, yoxsa, butun dunyada xarici adli yerli shirketlerde satish daha yaxshi gedir?!

Vüsal Qəmbərov комментирует...

Mene mehz ele bu fikir maraqlidir ki, tekce bizde beledir, yoxsa, butun dunyada xarici adli yerli shirketlerde satish daha yaxshi gedir?!

Olar mən buna cavab verməyə cəhd edim Afət?

Burda əsas `Country of origin effect`di. Yəni Made in etiketi... Adətən hərhansı sektorda o işin ustalarına oxşar ad seçmək sərfəli və gəlirli olur... Amma ən əsasi bu öz ölkəsinin mallarına güvənməyən vətəndaşların bol olduğu yerlərdə keçərlidir...

Bu arada ilk yazıdanca Azərbaycan blog aləminə bomba kimi düşdün ha AdaY :))

Afulya76 комментирует...

Amma ən əsasi bu öz ölkəsinin mallarına güvənməyən vətəndaşların bol olduğu yerlərdə keçərlidir...

Mehz buna gore :(

analyst комментирует...

Salam Afət.

Uğurlu olsun.

Bir cümlə mənə xüsusilə ləzzət elədi ki, Avropa krallarının saraylarının yanında Şirvanşahlar sarayı tövləyə oxşayır.
Elə hər şeydə belədir.

Анонимный комментирует...

:-))) ac vaxti kral sosiskalari

Анонимный комментирует...

Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)